Koronavirusun müalicəsində antibiotik? - RƏSMİ CAVAB
11 dekabr 2020 10:41 (UTC +04:00)

Koronavirusun müalicəsində antibiotik? - RƏSMİ CAVAB

Səhiyyə Nazirliyi yeni növ koronavirus (COVID-19) infeksiyasının müalicəsində antibotiklərdən hansı hallarda istifadə ediləcəyi məsələsinə aydınlıq gətirib.

Lent.az-ın məlumatına görə, nazirliyin rəsmi sosial şəbəkə hesabında bununla bağlı bildirilib ki, antibotiklər viruslara təsir etmir:

"Yeni koronavirus məhz virus mənşəli olduğuna görə,  koronavirus infeksiyasının qarşısını almaq və müalicə etmək üçün antibiotiklərdən istifadə edilməməlidir.

Lakin yeni koronavirus infeksiyası ilə xəstəxanalara yerləşdirilən pasiyentlərə, yanaşı gedən bakterial infeksiyaları müalicə etmək üçün antibotiklər təyin edilə bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4395
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar