Koronavirus məktəblərdə daha çox yayılır -  ARAŞDIRMA
08 oktyabr 2022 19:18 (UTC +04:00)

Koronavirus məktəblərdə daha çox yayılır - ARAŞDIRMA

İtalyan alimləri deyirlər ki, COVID-19 məktəblərdə başqa yerlərə nisbətən daha asan yayılır. Onun nəzarətsiz ötürülməsi təlim məşğələlərinin keçirilməsini poza bilər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, böyük bir araşdırma göstərib ki, məktəblərdə uşaqlar koronavirusun əsas ötürülmə mənbəyidir və evdə bu infeksiya yalnız artmaqdadır. Tədqiqatın müəllifləri koronavirus üçün müsbət testi çıxan 460 nəfərin iştirak etdiyi 976 infeksiya ilə əlaqəli ötürülmə nümunələrini təhlil ediblər. Müşahidələr 2021-ci ildə İtaliyanın Lombardiya bölgəsində aparılıb.

Bütün məlumatlar 6000 nəfərdən bir qədər çox olan kiçik bir bələdiyyədə şagirdlərin, məktəb işçilərinin və onların ailələrinin müntəzəm müşahidəsi və müayinəsindən əldə edilib. Təhlil göstərib ki, həm gənc, həm də yaşlı qruplar infeksiyanın yayılmasında fəal iştirak ediblər, baxmayaraq ki, məktəbdə yoluxma ehtimalının daha az olduğu qəbul edilir. Yoluxmanın təxminən 50 faizi evdə, 21 faizi məktəbdə, 29 faizi isə digər ictimai yerlərdə baş verib.

Bununla belə, virusun ötürülmə zənciri baxımından araşdırma göstərib ki, ən böyük infeksiya qrupları məhz şagirdlər arasında məktəblərdə baş verib və burada ötürülmə zəncirində ən çox orta nəsil var, yəni, uşaqlar və böyüklər arasında virusun yayılması. Buna görə də səlahiyyətlilər yeni məktəb təhlükəsizliyi strategiyası hazırlamalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2235
avatar

Oxşar yazılar