Hər kəs görmə zəifliyini əməliyyatla bərpa edə bilər?
06 avqust 2021 19:05 (UTC +04:00)

Hər kəs görmə zəifliyini əməliyyatla bərpa edə bilər?

"Görmə zəifliyi müxtəlif səbəblərdən əmələ gələ bilər. Lakin, ən çox rast gəlinən müxtəlif refraksiya anomaliyaları səbəblərindən yaranan görmə zəifliyinin cərrahi bərpası müasir oftalmologiyanın ən böyük nailiyyətlərindən biri sayıla bilər".

Lent.az bildirir ki, bu fikirləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov bildirib. 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, professor Elmar Qasımov

Baş oftalmoloq qeyd edir ki, görmə zəifliyinin bərpa əməliyyatları, yəni refraktiv əməliyyatlar, müxtəlifdir:

"Onların seçimi bir neçə amildən asılıdır. İlk növbədə əməliyyatın seçimində buynuz qişanın qalınlığı, topoqrafik parametrləri, requlyarlığı həlledici əhəmiyyətə malikdir. Lakin, əgər buynuz qişanın parametrləri xəstənin refraktiv rəqəmlərini eksimer lazer üsulu ilə aradan götürməyə imkan vermirsə, üstünlük gözdaxili əməliyyatlara verilir.

Beləliklə, görmə zəifliyinin bərpa əməliyyatları gözün strukturlarında, görmə sinirində olan patoloji dəyişiklikləri istisna olmaqla, əksəriyyət hallarda görmə zəifliyinin bərpasına imkan yaradır".

Elmar Qasımov diabet və yüksək təzyiqin görmə problemlərinə, əsasən görmə zəifliyinin əmələ gəlməsinə səbəb ola biləcəyini qeyd edir:

"Görmə zəifliyi müxtəlif səbəblərdən əmələ gələ bilər, lakin müasir diaqnostik üsulları, optimal müalicə seçimi onların profilaktikasına zəmin yaradır".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3498
avatar

Oxşar yazılar