Həftədə bu qədər yumurta  yemək olar
01 iyul 2024 09:55 (UTC +04:00)

Həftədə bu qədər yumurta yemək olar

Sağlamlığınıza zərər vermədən həftədə nə qədər yumurta yeyə biləcəyiniz ortaya çıxıb. 

Lent.az xəbər verir ki, bu barədə ABŞ-dan olan kardioloqlar danışıblar.

Alimlər bir sıra araşdırmalara və qidalanma təcrübələrinə, eləcə də məlumatların təhlilinə əsaslanaraq yumurtanın yağsız protein və mühüm mikroelementlər, fosfor, selen, həmçinin A, B2, B5, B12 vitaminlərinin yaxşı mənbəyi olduğunu təsdiqləyiblər. 

Yumurtaların tərkibi istehsal və hazırlanma üsulundan asılı olaraq dəyişə bilsə də, alimlər həftədə 12 yumurta yeməyin məqbul olduğu qənaətinə gəliblər. Bu miqdar xolesterol səviyyəsinə ciddi təsir etməyəcək və sağlamlığa zərərli təsir göstərə bilməz.

Bununla belə, bu məhsulları istehlak etməzdən əvvəl yenə də həkiminizlə məsləhətləşmək məsləhət görülür.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5256
avatar

Sevinc Fərid

Oxşar yazılar