Hamiləlik zamanı içki qəbul etmək döl beyninin inkişafı üçün təhlükəlidir.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, hamiləlik dövründə hətta bir stəkan spirtli içki belə uşağın beyin strukturunu dəyişə bilər.
Tədqiqatçılar 24 hamilə qadının 22-36 həftəlik döllərini MRT-dən keçiriblər. Onların hamısı hamiləlik dövründə spirtli içki qəbul edən qadınlar olub. Alınan nəticələri təhlil ediblər. Bu zaman uşaqların ümumi yetkinlik səviyyələrinin nəzarət qrupuna nisbətən aşağı olduğunu müəyyən ediblər.
Bundan əlavə, sağ üst temporal sulkus hissəsi daha kiçik, beynin sosial idrakı, audiovizual inteqrasiyası və dil qavrayışı hissələrində müəyyən dəyişikliklər müşahidə olunub.
Beləliklə, analar çox az spirtli içki qəbul etsə belə, bu uşaqlar üçün təhlükə mənbəyidir.