Görmə qabiliyyətini  itirməmək üçün bu qaydalara əməl edin
29 mart 2024 08:43 (UTC +04:00)

Görmə qabiliyyətini itirməmək üçün bu qaydalara əməl edin

Görmə ilə bağlı şikayətlər olmadıqda belə, ildə ən azı bir dəfə, yaşlı insanlar isə ildə iki dəfə oftalmoloqa müraciət etməlidir.

Lent.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun oftalmoloqu Sergey Naçinkin məlumat verib.

“Statistika göstərir ki, 40 yaşdan yuxarı insanların əsas problemlərindən biri qlaukomadır. Tez-tez asemptomatik olaraq başlayır və davam edir, lakin uzun müddətli nəzarətsiz irəliləyişlə tam korluğa qədər görmə qabiliyyətinin itirilməsinə səbəb ola  bilir. Yetkinlər heç bir görmə şikayətləri olmasa belə, ildə ən azı bir dəfə oftalmoloq tərəfindən müayinə olunmalıdır”, - Naçinkin qeyd edib. 

Onun sözlərinə görə, gözlərdə bulanıqlıq, kompüterlə işlədikdən sonra quruluq, gözlərin qızarması tez bir zamanda oftalmoloqa müraciət etmək üçün səbəbdir. 

“Diqqət tələb edən digər qrup isə 60 yaşdan yuxarı insanlardır. Burada katarakta xəstəliyi ön pillələrdə gəlir. Katarakta görmənin tədricən azalmasına və ikincili qlaukoma inkişafına səbəb olur. Bu fəsadları vaxtında fərq etmək üçün ildə ən azı iki dəfə oftalmoloqa baş çəkmək lazımdır”, deyə həkim əlavə edib. 

# 3828
avatar

Oxşar yazılar

Qaynadılmış yumurtanı  axşam yeməyin   FAYDALARI

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

6 may 2024 , 19:58
Səhər bu qidanı  yeməyin, yoxsa...

Səhər bu qidanı yeməyin, yoxsa...

6 may 2024 , 18:52
Yalnızlıq  ölüm riskini   artırır

Yalnızlıq ölüm riskini artırır

6 may 2024 , 18:30
Bu qidaları hər gün  yemək olmaz

Bu qidaları hər gün yemək olmaz

6 may 2024 , 17:57
Nadir  göz xərçənginin   müalicəsinin YENİ ÜSULU

Nadir göz xərçənginin müalicəsinin YENİ ÜSULU

6 may 2024 , 17:46
Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

6 may 2024 , 15:34
 İnci arpasını   kimlər yeməməlidir?

İnci arpasını kimlər yeməməlidir?

6 may 2024 , 14:06
Tez-tez şirniyyat istəyənlərin  DİQQƏTİNƏ – Həkim danışdı

Tez-tez şirniyyat istəyənlərin DİQQƏTİNƏ – Həkim danışdı

6 may 2024 , 13:22