Gecə eyni vaxtda oyanmağın  təhlükəli SƏBƏBLƏRİ
18 mart 2025 14:03 (UTC +04:00)

Gecə eyni vaxtda oyanmağın təhlükəli SƏBƏBLƏRİ

Əgər siz gecə eyni saatda tez-tez oyanırsınızsa, bu, orqanizmdə müəyyən pozuntuların əlaməti ola bilər. Həkimlər xəbərdarlıq edirlər ki, bu hal qaraciyər, ağciyər və öd kisəsinin fəaliyyətində problemlərlə bağlı ola bilər.

Lent.az bu saatlarda oyandıqda orqanizimdə nələrin baş verdiyini izah edir.

Gecə saatlarına görə orqanizmdə baş verən proseslər
21:00 – 23:00

Bu saatlarda əksər insanlar yorğunluq və enerji azalması hiss edirlər. Bu, orqanizmin təbii enerji dövriyyəsi ilə bağlıdır. İç orqanlar istirahət fazasına keçsə də, bəziləri gücləndirilmiş rejimdə işləməyə davam edir.

23:00 – 1:00

Bu dövrdə maddələr mübadiləsi yavaşlayır, bədən temperaturu aşağı düşür və orqanizm "yuxu rejiminə" keçir. Lakin öd kisəsi bu saatlarda maksimal güclə işləyir. Əgər bu saatlarda tez-tez oyanırsınızsa, bu, səhv qidalanma, xüsusilə də yağlı qidaların çox qəbul edilməsi ilə bağlı ola bilər. Yağlı qidalar öd ifrazını artırır və öd kisəsini yükləyərək narahatlığa səbəb ola bilər.

1:00 – 3:00

Bu vaxt orqanizm fəal şəkildə detoksifikasiya (zərərli maddələrin xaric edilməsi) ilə məşğuldur. Əsas yük qaraciyərin üzərinə düşür. Tez-tez bu saatlarda oyanırsınızsa, bu, qaraciyərlə bağlı problemlərə işarə edə bilər. Alkoqol və ya yağlı qidaların tez-tez qəbulu qaraciyəri yükləyə bilər. Qaraciyər alkoqolu parçalayarkən qanda şəkər səviyyəsi kəskin düşə bilər, bu da ani oyanmalara səbəb ola bilər.

3:00 – 5:00

Bu saatlarda ağciyərlər aktiv işləyir, orqanizmi oksigenlə təmin edir və tənəffüs yollarını təmizləyir. Əgər bu saatlarda tez-tez oyanırsınız və öskürək, nəfəs darlığı hiss edirsinizsə, pulmonoloqa müraciət etmək tövsiyə olunur. Bu, ağciyərlərdə iltihab və ya digər tənəffüs problemlərinin əlaməti ola bilər.

5:00 – 7:00

Bu saatlarda orqanizm kortizol hormonunun ifrazına başlayır ki, bu da oyanışa hazırlıq prosesidir. Bundan əlavə, qalın bağırsaq aktivləşir və orqanizm təbii təmizlənmə prosesinə başlayır.

Əgər sistemli şəkildə bu saatlarda oyanırsınızsa, bu, orqanizmin səhər bağırsaq fəaliyyətinə hazır olduğunu göstərir və bu hal normaldır. Tez-tez gecə eyni vaxtda oyanmaq fizioloji proseslərə bağlı ola bilsə də, bəzən orqanizmdəki problemlərin siqnalı ola bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar