Türkiyəli dietoloq ən faydalı süd məhsulunu açıqlayıb.
Lent.az Türkiyə mətbuatına istinadla bildirir ki, mütəxəssis Zülal Yalçının sözlərinə görə, bu kefirdir - şiş əleyhinə təsir göstərir və xolesterini aşağı salır.
Dietoloqun sözlərinə görə, bu qıcqırdılmış süd məhsulu probiotik məhsullar arasında birinci yeri tutur. Çünki tərkibində çoxlu sayda faydalı mikroorqanizmlər var, minerallar və əvəzolunmaz amin turşuları, xüsusən də fosfor və kalsiumla zəngindir.
Kefir bağırsaq florasının qorunması və müəyyən qida maddələrinin sintezi üçün vacibdir. Mütəxəssisin fikrincə, o, həmçinin şiş əleyhinə təsirə malikdir və laktoza və xolesterin səviyyəsini aşağı salır.
O, əlavə edib ki, xüsusilə xora, yüksək təzyiq, öd pozğunluqları, sinir xəstəlikləri, ekzema, bronxit və astma kimi xəstəliklər üçün faydalıdır.