EHTİYATLI OLUN:   Bakıda koronavirus xəstələri küçələrdə gəzirlər
27 mart 2021 12:11 (UTC +04:00)

EHTİYATLI OLUN: Bakıda koronavirus xəstələri küçələrdə gəzirlər

Martın 26-da polis əməkdaşları respublika ərazisində  4 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkar edərək saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə  görə, Qaradağ rayon sakinləri R.Qurbanovun və F.Feyzullayevin, Sabunçu rayon sakini R.Rəhimovun və Masallı rayon sakini M.Bədəlbəylinin ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.  

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. 
 

# 2517
avatar

Oxşar yazılar