Dietoloq ən sağlam balıqları  açıqladı 
30 noyabr 2023 16:28 (UTC +04:00)

Dietoloq ən sağlam balıqları açıqladı 

Balıqların tərkibində orqanizmin sağlamlığı üçün zəruri olan yod var. Buna görə də çay balıqlarından qat-qat faydalıdır.

Lent.az xəbər verir ki, əsasən siyənək və skumbriya ən faydalı balıqlardandır. 

“Skumbriya və ya siyənək kimi dəniz balıqlarından alınan bütün yağlar ən təmiz omeqa-3 yağ turşuları ilə təmsil olunur. Onlar qan damarlarının və ürəyin sağlamlığını dəstəkləyir, immunitet sistemini stimullaşdırır, həmçinin dərinin elastikliyini və hamarlığını qoruyur”, - dietoloq bildirib.

Həkim vurğulayıb ki, sağlam qidalanma baxımından balıq ətdən daha yaxşıdır. Çünki 100 qram balıqda orqanizm tərəfindən çox asanlıqla mənimsənilən təxminən 20 qram protein var. Balıqda az sayda birləşdirici toxuma lifi var, bu da əti sərtləşdirir.

Mütəxəssis onu da əlavə edib ki, həftədə ən azı iki dəfə dəniz məhsulları yemək tövsiyə olunur. 
 

# 1560
avatar

Sevinc Fərid

Oxşar yazılar