Duşdan sonra istifadə etdiyimiz dəsmallar sizdə dəri xəstəliyi yarada bilər.
Lent.az xəbər verir ki, həmin dəri xəstəliyinin adı “Molluscum contagiosum”dur.
O, xəstəlik virus infeksiyasıdır.
Ətraf mühitlə daha az əlaqədə olan uşaqlar və böyüklər isə bu xəstəliyə qarşı daha da həssas olurlar. "Molluscum contagiosum" virusu dəsmal, paltarlar və dövmə alətləri və.sair vasitəsilərlə ötürülür.
Belə ki, bu virus özünü dəridə ağımtıl səpgilər şəklində biruzə verir. Onun vaxtında müalicəsi vacibdir.