COVID-19-a qarşı peyvəndin TƏKMİLLƏŞDİRİLMİŞ VARİANTI
01 sentyabr 2022 18:20 (UTC +04:00)

COVID-19-a qarşı peyvəndin TƏKMİLLƏŞDİRİLMİŞ VARİANTI

Çində tədqiqatçılar zülal əsaslı vaksinlərin, o cümlədən COVID-19-a qarşı peyvəndlərin effektivliyini 25 dəfə artırmaq üçün bir yol tapıblar. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, təcrübələr zamanı mütəxəssislər α - alaktosilseramiddən (aGC) olan molekulların bədənin immun müdafiəsini stimullaşdıraraq köməkçi kimi çıxış edə biləcəyini aşkarlayıblar. 

Elm adamları aGC-nin dörd analoqunu hazırlayıb və onları SARS-CoV-2 sünbül zülalının fraqmentləri ilə eksperimental vaksinlərə əlavə ediblər. 

Bundan sonra dərmanlar siçanlara tətbiq edilib və onların 35 gün ərzində formalaşan immun reaksiyası öyrənilib. aGC-CPOEt nümunələrindən biri bu köməkçi maddə olmayan peyvəndlərdən 25 dəfə çox antikor istehsal edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1191
avatar

Oxşar yazılar