Çia toxumlarının bilmədiyimiz  faydaları
04 yanvar 2024 12:44 (UTC +04:00)

Çia toxumlarının bilmədiyimiz faydaları

Alimlər çia toxumlarının müalicəvi xüsusiyyətlərini aşkar ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, son araşdırmalar xərçəng və yüksək qan təzyiqinin mümkün müalicəsi də daxil olmaqla, çianın potensial tibbi faydalarını müəyyən edib.

Çia toxumları lif, protein və sağlam yağlarla zənginliyi ilə tanınır. Tədqiqatçılar bu toxumlarda sağlamlığımızı yaxşılaşdıra biləcək 2700-dən çox gen müəyyən ediblər. Bu genlər ürək sağlamlığı və xərçəng hüceyrələri ilə mübarizə üçün faydalı olan çoxlu doymamış yağ turşularının sintezindən məsuldur. Qida sənayesində, kosmetikada və hətta əczaçılıqda istifadə oluna bilən geləbənzər maddənin əmələ gəlməsinə kömək edən genlər də aşkar edilib.

Çianın həzm prosesi diabet və hipertoniya kimi problemləri müalicə edə bilən kiçik hissəciklər buraxır. Bu kəşf yeni təbii müalicələrin inkişafı üçün zəmin yarada bilər.

# 3339
avatar

Arzu Qurbanlı

Oxşar yazılar