İki ölkənin səfirliyi İrandan Azərbaycana  köçürüldü -YENİLƏNİB
19 iyun 2025 15:44 (UTC +04:00)

İki ölkənin səfirliyi İrandan Azərbaycana köçürüldü -YENİLƏNİB

Bolqarıstan İran və İsrail arasındakı qarşıdurmanın kəskinləşməsi ilə əlaqədar Tehrandakı səfirliyinin diplomatik heyətinin və ailələrini Azərbaycana təxliyə edib.

Lent.az xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Rosen Jelyazkov bildirib.

Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürüb

O qeyd edib ki, Bolqarıstan Tehrandakı səfirliyini bağlayıb, diplomatik işçilərini və onların ailələrini İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə qonşu Azərbaycana təxliyə edib.

Jelyazkov bildirib ki, İsrailin sakinlərə Tehranın üçüncü bölgəsini təxliyə etməyi tövsiyə etməsindən sonra səfirlikdən 12 nəfər və onların ailə üzvləri təxliyə edilib.

“Bolqarıstan səfirliyi bu ərazinin bilavasitə yaxınlığındadır və biz diplomatlarımızın ölkəni tərk etməsinə qərar verdik. Səfirlik Bakıdan fəaliyyətini davam etdirəcək”, - baş nazir qeyd edib.

***

14 :04

Macarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb.

Lent.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Macarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1338

Oxşar yazılar