Bu şəxslərə lobya yemək  QADAĞANDIR
19 iyun 2024 14:46 (UTC +04:00)

Bu şəxslərə lobya yemək QADAĞANDIR

Lobya çox sağlam bir qida olsa da, bəzi insanlar ondan uzaq durmalıdır. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, endokrinoloq, dietoloq Elena Syurakshina kimlərin lobya yeməməli olduğunu açıqlayıb.

Kim lobya yeməməlidir?

Tərkibindəki zülallara qarşı həssaslığınız varsa, lobya kontrendikedir. Lobyaya qarşı allergiya qızartı, səpgi, ürəkbulanma və boğulma ilə nəticələnə bilər. Həm də nəzərə almalısınız ki, lobya yüksək proteinli bir məhsuldur və artıq zülallar bağırsaqlarda fermentasiya və çürümə proseslərinə səbəb ola bilər. 

Lobyanın həddindən artıq istehlakı şişkinlik, qaz meydana gəlməsinin artması və ishal ilə nəticələnir. Gündə 120-150 qramdan çox lobya yemək olmaz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3183
avatar

Fidan İlqar

Oxşar yazılar