Bu pəhrizlər diabet riskini  artırır
13 sentyabr 2024 15:26 (UTC +04:00)

Bu pəhrizlər diabet riskini artırır

Araşdırmalara görə, arıqlamaq üçün nəzərdə tutulan pəhrizlərin çoxu 2-ci tip diabetin inkişaf riskini 20% artıra bilər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, aşağı karbohidratlı, yüksək yağlı pəhriz artıq çəki ilə mübarizənin məşhur üsullarından biri hesab olunur.

Ancaq bu pəhriz II tip diabetin inkişafına səbəb ola bilər.

Yüksək karbohidratlar, şəkərlər, yüksək işlənmiş və lif az olan pəhrizlər risk faktorları hesab olunur.

Belə qidalar çəki artımına, yüksək işlənmiş karbohidratlar isə insulin müqavimətinə səbəb olur. Nəticədə II tip şəkərli diabet inkişaf edir.

Alimlər belə nəticəyə gəliblər ki, pəhriz və xroniki xəstəliklərin inkişaf riski arasındakı əlaqə piylənmə ilə izah olunur. Buna görə də balanslaşdırılmış qidalanmaya diqqət yetirmək lazımdır.

Ehtimal ki, diabetin inkişafının qarşısını almaq üçün Aralıq dənizi pəhrizinə riayət edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2571
avatar

Arzu Qurbanlı

Oxşar yazılar