Beyin xərçəngində genetik mutasiyaları aşkar etmək üçün neyron şəbəkə hazırlanıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu neyron şəbəkə hüceyrələri 90 saniyədə aşkarlaya bilir.
Belə ki, “DeepGlioma” adlı süni intellekt əməliyyat zamanı götürülmüş şiş nümunələrini təhlil etmək üçün yüklənmiş şəkillərdən istifadə edir. Nəticədə texnologiya patoloji hüceyrələrdə genetik mutasiyaların mövcudluğunu orta hesabla 90 faizdən çox sürətlə müəyyən etməyə imkan verir.
Təcrübədə ən çox yayılmış və ölümcül olan beyin şişi diffuz qliomadan istifadə olunub. Təxminən bu sınaq üçün 150 xəstə iştirak edib.
Qeyd edək ki, “DeepGlioma” olmadan əvvəl həkimlər əməliyyat zamanı bədxassəli yenitörəmələrdə genetik riskləri müəyyən etmək imkanına malik deyildilər. Şişlərin molekulyar tədqiqatları beyin xərçəngi olan xəstələr üçün xüsusilə vacibdir. Çünki onların təsnifat növündən asılı olaraq optimal müalicə metodunu və cərrahi müdaxilənin nəticələrini müəyyən etmək mümkündür.
Məsələn, astrositoma olan xəstələr üçün, diffuz qliomanın digər alt növləri ilə müqayisədə şişin tam çıxarılması ilə orta hesabla beş il qazanıla bilər. Bununla belə, adətən molekulyar diaqnostika bütün tibb mərkəzlərində mövcud deyil və mümkün olan yerlərdə proses həftələr çəkir.