Ölkədən asılı olmayaraq gəlinlik donu toyun vacib atributu hesab edilir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da bir nəslin qızları 1895-ci ildə tikilmiş donla gəlin köçürlər.
Doğrudur, paltar 127 ildə müəyyən dəyişikliyə məruz qalsa da, gözəlliyini və ilkin formasını qoruya bilib. 2020-ci ilədək bu ipək donda 11 qadın ər evinə yola salınıb.
Onların əksəriyyətinin bu paltarda fotoları var: