İnsanın boyun nahiyəsinin uzun və ya qısa olması onun gələcəkdə kök və ya arıq olması barədə fikir deməyə əsas verir. Fikir vermisinizsə, kök adamların əksəriyyətinin boynu qısadır.
Lent.az-ın məlumatına görə, bu barədə xarici tibbi jurnalda material dərc edilib.
Qeyd edilib ki, boynun uzunluğu cinsi yetişkənliyə cavab verən hormonlardan çox asılıdır. Bu hormonlar orqanizmdəki yağların yandırılmasında rol oynayır.
Uzun boynu olan insanların metobolizmi sürətlə hərəkət edir, piy toplamır və bütün kalorini dərhal yandırır, belə adamlar kökəlməkdə çətinlik çəkirlər. Boynu qısa olanlarda isə əksinə, metobolizm yavaş hərəkət edir, köklüyə meyillilik olur.