Santyaqo-de-Kompostela Universiteti və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) alimləri tütün məmulatlarının satışına qadağanın mümkün təsirlərini təhlil edən “The Lancet Public Health” jurnalında yeni araşdırmanın nəticələrini açıqlayıblar.
Lent.az-ın arici mediaya istinadla xəbərinə görə, onlar müəyyən ediblər ki, bu, dünyada bir milyondan çox insanın həyatını xilas edə bilər.
Mütəxəssislər 2006-2010-cu il təvəllüdlü insanlar üçün tütün məmulatlarının alınmasına qadağa qoyulmasını nəzərdə tutan model yaradıblar. Bunun xüsusilə aşağı və orta gəlirli ölkələrdə əhəmiyyətli sayda ölümün qarşısını alacağı proqnozlaşdırılır.
Model nəzərə alır ki, siqaret hazırda ağciyər xərçənginin inkişafı üçün əsas risk faktorudur və bu xəstəlikdən ölümlərin təxminən üçdə ikisinə səbəb olur.
Nəticələri əldə etmək üçün alimlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 82 ölkə üzrə topladığı ağciyər xərçəngindən ölüm məlumatlarından istifadə ediblər.
Bu məlumatlar GLOBOCAN 185 statistik bazasından istifadə edərək 2022 ölkəyə ekstrapolyasiya edilib. Hesablamalar siqaret çəkənlər və siqaret çəkməyənlər arasında tarixi meylləri nəzərə alaraq 2006-2010-cu illərdə anadan olan insanlar arasında xəstələnmə nisbətlərinə əsaslanıb.
Nəticələr göstərir ki, əgər gələcək nəsil arasında siqaret tamamilə qadağan olunsa, bu yaş qrupunda ağciyər xərçəngindən ölüm hallarının 40,2 faizinin qarşısı alına bilər. Kişilər arasında ölümlərin 45,8 faizinin, qadınlar arasında isə 30,9 faizinin qarşısını almaq olardı. Ən böyük təsir yüksək və orta gəlirli ölkələrdə əldə ediləcək.
Tədqiqatçılar qeyd edirlər ki, bu cür tədbirlər səhiyyə sistemlərinin yükünü əhəmiyyətli dərəcədə azalda və milyonlarla insanın ömrünü uzada bilər.
Tədqiqatın bəzi məhdudiyyətlərinə baxmayaraq, o, xüsusilə problemin aktual olaraq qaldığı aşağı və orta gəlirli ölkələrdə siqaretin aradan qaldırılması üçün qlobal səylərin vacibliyinə işarə edir.