Azərbaycanlı həkimdən beyin xəstələyini öncədən aşkarlayan KƏŞF
06 yanvar 2023 14:59 (UTC +04:00)

Azərbaycanlı həkimdən beyin xəstələyini öncədən aşkarlayan KƏŞF

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neonatoloq Sərxan Elbəyiyev uşaqlarda beyin zədələnməsini öncədən təxmin edə bilən YASHMA adlı yeni qiymətləndirmə sistemini kəşf edib.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu, tibb sahəsində innovativ addımdır.

Belə ki, artıq yeni qiymətləndirmə sisteminin dəstəyi ilə doğuş zamanı bəzi səbəblərdən oksigensiz qalan yeni doğulmuş körpələrdə beyin zədələnməsini Maqnit Rezonans Tomoqrafiya (MRT) olmadan belə qiymətləndirmək mümkündür. Bununla uşaqlarda beyin zədələnməsinin olub-olmadığı öncədən bilinəcək.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti tərəfindən irəli sürülən yeni metod 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən hərbçilərimizin şərəfinə YASHMA adlandırılıb. Yeni qiymətləndirmə sistemi və onun işləmə prinsipi haqqında məqalə dünyaca məşhur “Oxford Academic Journal of Tropical Pediatrics” elmi jurnalında dərc olunub.

Tibbdə yeni olan bu sistem aşağı gəlirli ölkələrdə beyin zədələnmələrini öncədən müəyyən etməyə, uşaqların nevroloji və beyin inkişafı baxımından daha yaxından izlənilməsi, erkən diaqnoz və müalicəsinə şərait yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1968
avatar

Arzu Qurbanlı

Oxşar yazılar