Azərbaycanda  qripdən ölənlər də var   - İNFEKSİONİST AÇIQLADI
02 noyabr 2022 15:30 (UTC +04:00)

Azərbaycanda qripdən ölənlər də var - İNFEKSİONİST AÇIQLADI

"İnsanlar arasında yayılan qrip virusu meningit, əzələlərinin parçalanması və ürək əzələsinin iltihabına səbəb ola bilər".

Lent.az-ın verdiyi məlumata görə, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bu virusa yoluxan zaman iki cür ağırlaşma ola bilər:

“İlkin ağırlaşmalar xəstəliyin ilk 3 günündə özünü büruzə verir. İkinci ağırlaşma isə xəstəliyinin 4-cü və ya 5-ci sutkasında üzə çıxır.

Təyyar Eyvazov deyib ki, qripdən ölüm halları da var.

"Düzdür, koronavirusla müqayisədə daha az olsa da, buna rast gəlinir. Ona görə də buna etinasız yanaşmaq olmaz. Bu infeksiya varsa, işə, dərsə getməməli, evdə müalicə olunmalıyıq".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1746
avatar

Arzu Qurbanlı

Oxşar yazılar