"Bu, dietologiyanın bütün qaydalarına ziddir!" - pəhriz mütəxəssisləri belə deyir, doktorun eksperimentindən xəbər tutanda. Çünki 10 iştirakçı 7 gün ərzində çörəkdən, pendirdən və hətta şərabdan imtina etmədən 5 kiloqram çəki itirə bilib.
Lent.az xarici mediaya istinadla ac qalmadan 1 həftəyə 5 kilo arıqlamağın yollarını təqdim edir:
1. Piy itirmək üçün piy yeyin
Absurd səslənsə də, iştirakçılar məhz belə ediblər. Onların səhər yeməklərində avokado və ya digər sağlam yağ mənbələri mütləq yer alıb. Sağlam yağlar öd ifrazını artırır və bu da yağların parçalanmasını sürətləndirir. Eyni zamanda, yağlar aclıq hormonu olan qrelinin səviyyəsini aşağı salır və daha uzun müddət toxluq hissi yaradır.
2. Soyuq su idman zalını əvəz edir
Hər gün iştirakçılar suya 2 buz kubu əlavə edib içiblər. Buzlu su orqanizmi onu qızdırmağa məcbur edir və bu zaman əlavə kalori yandırır. Ən əsas sirr isə: soyuq su iştahı azaldır və toxluq hissini artırır.
3. Şirniyyatı axşama saxlayın
Bəli, onlar desert də yeyiblər! Amma yalnız axşam saatlarında. Gecə saatlarında mədəaltı vəzi daha çox insulin ifraz edir. Bu isə qan şəkərində kəskin sıçrayışların qarşısını alır. Onlar tünd şokolad və ya badam unundan hazırlanmış çizkeyk kimi desertləri seçiblər. Bu şirniyyatlar kortizolun (stress hormonunun) ifrazını artırmır və piy yığılmasını stimullaşdırmır.
Qısa müddət - əsas faktordur. 1 həftə ərzində orqanizm hələ “enerjiyə qənaət rejiminə” keçməyə vaxt tapmır. Bu zaman çəkini tez itirmək mümkündür, amma bu üsul təhlükəlidir.
Vacib xəbərdarlıq
Pəhriz mütəxəssisləri bildirir ki, bu cür eksperimentləri ildə bir dəfədən çox etmək olmaz. Uzunmüddətli arıqlama üçün hər gün ən azı 30 dəqiqə piyada gəzmək tövsiyə edilir.