100 yaşı  keçmiş insanlarda ən çox rast gəlinən  4 vərdiş
01 sentyabr 2025 13:44 (UTC +04:00)

100 yaşı keçmiş insanlarda ən çox rast gəlinən 4 vərdiş

Uzunömürlülük üzrə mütəxəssislər Nil Polvin və Rağav Sehqal 100 yaşı keçmiş insanlarda ən çox rast gəlinən dörd vərdişi müəyyən ediblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, insan ömrünün uzunluğuna bir neçə amil təsir göstərir — həyat tərzi, qidalanma, sosial mühit və hətta biologiya.

Doktor Sehqal qeyd edib ki, əksər uzunömürlülər menyularını tam və minimal emaldan keçmiş məhsullar əsasında qururlar. Onların rasionu adətən Aralıq dənizi dietasına bənzəyir: çoxlu tərəvəz və meyvə, tam taxıllar, paxlalılar, balıq, azyağlı ət. Porsiyalar adətən orta səviyyədə olur, qidalanmanın əsası isə vitamin və minerallarla zəngin bitki mənşəli qidalar təşkil edir.

İkinci mühüm xüsusiyyət — sosial aktivlikdir. 100 yaşına çatan insanlar adətən tək qalmırlar: onların ailə, dost və ya icma ilə sıx əlaqələri davam edir ki, bu da həm psixi, həm də fiziki sağlamlığa müsbət təsir göstərir.

Doktor Polvin əlavə edib ki, uzunömürlülərdə demək olar ki, həmişə dəqiq yuxu rejimi olur. Onlar gündə ən azı yeddi saat yatırlar ki, bu da beynin fəaliyyətini dəstəkləyir, orqanizmdə iltihabı azaldır və daha çox enerji verir.

Az əhəmiyyətli olmayan digər amil isə müntəzəm fiziki aktivlikdir. Gündəlik gəzintilər, gimnastika və ya digər hərəkət formaları ürəyi möhkəmləndirir, oynaqların hərəkətliliyini yaxşılaşdırır və yaşlılıqda travmalardan qorumağa kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360

Oxşar yazılar