Qəhvənin yeni möcüzəsi:  Qaraciyəri...
10 iyul 2021 07:12 (UTC +04:00)

Qəhvənin yeni möcüzəsi: Qaraciyəri...

İngiltərədə aparılan bir araşdırmada hər hansı növ qəhvənin istehlak edilməsinin xroniki qaraciyər xəstəliklərinin qarşısını ala biləcəyi ortaya çıxıb.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, araşdırmalara görə, 494 585 iştirakçı analizdən keçirilib. İştirakçıların yaşı 40 ilə 69 arasıdır. Bunlardan 384 818 nəfərinin qəhvə içdiyi, 109 767 nəfərin isə içmədiyi bildirilib

Tədqiqat çərçivəsində iştirakçıların qaraciyər xəstəlikləri 11 il təqib edilib. Analizlər nəticəsində qəhvə istehlak edənlərin xroniki qaraciyər xəstəliyinin inkişaf riskinin qəhvə içməyənlərə nisbətən 20 faiz az olduğu müəyyən edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5232
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar