Hər mövsüm çox rahat tapa biləcəyiniz üzüm, quru üzüm və üzüm suyu vitamin deposudur. Üzüm fiziki və zehni yorğunluğu aradan qaldıran ən təsirli vasitədir, halsızlığın müalicəsində əvəzolunmazdır. Bədənimiz üzümdən alınan enerjinin lazım olan qədərini işlədir, qalan artığını isə qaraciyərdə depolayır və bütün qış boyu bu enerjidən istifadə edir. Tərkibində çox miqdarda olan dəmir və qlükoza, qanazlığını aradan götürür. Üzüm qaraciyər, böyrək və sinir sistemi xəstəliklərində də əvəzolunmazdır.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, üzümdəki kalsium, kalium, dəmir və başqa minerallar uşaqlarda və böyüklərdə sümükləşməni artırır, osteoporozun, yəni sümük əriməsinin qarşısını alır. Bundan başqa, üzümün tərkibində çox miqdarda A, B1, B2, B6, C vitaminləri, fol turşusu və s. vardır.
Üzüm böyrəklərin işini sürətləndirir, bədənimizdəki lazımsız maddələri (şlakları) böyrəklər vasitəsilə təmizləyir. Payızda çox üzüm yeyənlər qışda bronxitə tutulmur. Üzüm həm də immun sistemini gücləndirir, bununla da bədənimizi sanki qış xəstəliklərindən qoruyur.
Üzümün tərkibində olan kalium ürək əzələsini və bütün bədən əzələlərini gücləndirir. Üzüm E vitaminindən 50 dəfə, C vitaminindən isə 20 dəfə güclü antioksidantdır.
Deməli, üzüm xərçəngin ən yaxşı profilaktikasıdır. Üzümü yeyəndə tumu və qabığı ilə birgə yeyin.
Mədədə, qida borusunda, bağırsaqlarda səpgi, eroziya, turşuluğun artması, qəbizlik kimi hallar varsa, səhər yeməyindən 1 saat əvvəl 1 salxım, yəni təqribən 200-300 qram şirin üzüm yeyin. Nəticə almaq üçün üzümü ən azı 15-20 gün yemək lazımdır.
Yüksək dəmir sayəsində quru üzüm, enerji verir və yorğunluğun qarşısını alır. Bu sayədə gün ərzində yaşadığınız stress səviyyəsini azaldır.Qəbizliyin qarşısını alır, bağırsaq hərəkətlərinizi sürətləndirir.Asid tərəzisini düzgün tənzimləmək revmatizm, böyrək problemləri, ürək xəstəlikləri üçün mühümdür. Quru üzüm, tərkibində olan bol miqdarda olan potasium və maqnezium sayəsində vücudunuzun asidini qoruyur. Çıxa biləcək problemlərin qarşısını alır. Mütəmadi üzüm yemək Alzheimer xəstəliyinə səbəb olan sərbəst radikalların yaranmasını mümkün qədər ortadan qaldırır. Yaddaş zəifliyinin qarşısını alır. Maddələr mübadiləsini tənzimləyir.Erkən qocalmağın qarşısını alır.
Qara üzüm...
Onun qabığı və şirəsinin tərkibində "bioflavonidlər" olduğundan, o, bu rəngə malikdir. Həmçinin tərkibində çoxlu sayda oqranik turşular da vardır.Bu meyvənin kimyəvi tərkibi yuzlərlə orqanik birləşmə ilə zəngin sayılır.
Qırmızı üzüm ...
Bu növün xeyirindən danışdıqda, onun qanda hemoqlobini artırdığını demək lazımdır. Bu isə insan orqanizminin bütün orqan və sisteminə müsbət təsirində xəbər verir. Bu üzümü əsasən qan azlığı, dəmir defisitli anemiya və yüksək təzyiq hallarında tövsiyə edirlər. Həmçinin qeyd edilir ki, bu üzümdən gündəlik istifadə qaraciyər və öd kisəsinin iş qabiliyyətini yüksəldir.
Üzümün tumları...
Üzümün daha bir xeyri, onun tumlarının yağı sayılır. Çoxlarımız bilirik ki, onu qidada - bir çox salatlarda istifadə edirlər. Əlbəttə, yağı şirəsi qədər xeyrli olmasa da, onun tərkibində aktiv maddələr vardır ki, onları həm məişətdə,kosmetologiyada , həmçinin də tibbdə istifadə olunur. O, dərini çox yaxşı qidalandırma, nəmləndirmə və qoruma effektinə malikdir.
Üzümün əks göstərişləri...
Üzüm çox xeyirli meyvə sayılsa da, bəzi insanlar üçün məsləhət görülmür. Tərkibi geniş spektorlu orqanik turşularla zəngin olduğundan, onikibarmaq bağırsaq, mədə yarası və diş emalında problemi olan insanlar üçün zərərli sayıla bilər. Həmçinin, tərkibində yüksək səviyyədə şəkər olduğundan, şəkər (diabet) xəstələrinə qadağan sayılır.