Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının tərkibi genişləndirilib.
Lent.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyevin müvafiq sərəncamında bildirilib.
Sərəncama əsasən, Axundova Elmira Hüseyn qızı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edilib.