İlham Əliyev Özbəkistana gedib
21 iyun 2022 11:37 (UTC +04:00)

İlham Əliyev Özbəkistana gedib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistana dövlət səfərinə gəlib.

Lent.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Özbəkistanın baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

***

İyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub.

Lent.az xəbər verir ki, Özbəkistanda dövlət səfərində olan Azərbaycan  Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.

# 1437
avatar

Oxşar yazılar