Fevralın 23-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, telefon söhbəti zamanı ikitərəfli gündəliyə və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Türkiyə arasında qardaş və dost münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olunub.
***
17:54
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər Türkiyə-Azərbaycan əməkdaşlığını və Ermənistanla əlaqələri müzakirə ediblər.
Türkiyə və Azərbaycan liderləri Rusiya-Ukrayna böhranı başda olmaqla regional məsələlərə dair də fikir mübadiləsi aparıblar.