FHN-nin bir qrup hərbçisinə ali hərbi rütbələr verildi -  SƏRƏNCAM
22 dekabr 2021 16:53 (UTC +04:00)

FHN-nin bir qrup hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

Lent.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam verib.

Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor İlham Əyyub oğlu Abdullayevə

general-mayor Şahmar Ənvər oğlu Paşayevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Adil Ələsgər oğlu Abdullayevə

polkovnik Əşrəf Məmməd oğlu Qasımova

polkovnik Raul Süleyman oğlu Zeynalova.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

# 2610
avatar

Oxşar yazılar