Biz çox vaxt restoranlarda ətirli, dadlı içkilər içirik. Ancaq bunun üçün kafelərə getməyə ehtiyac yoxdur. Çünki belə içkilər ev şəraitində də asanlıqla hazırlana bilər.
Lent.az xəbər verir ki, belə içkilərdən biri də isti şokoladdır. Hər kəsin çox sevdiyi zefirli isti şokoladı necə hazırlamaq olar?
Resepti təqdim edirik:
Lazım olan ərzaqlar:
Orta yağ tərkibli 150 ml süd;
Bir bar dadlı südlü şokolad;
Yüksək faizli kakao tərkibli yüksək keyfiyyətli tünd şokolad;
Zefir;
Təxminən 50 ml qəhvə.
Göstərilən məhsullarla bir neçə stəkan hazırlamaq mümkündür.
Əvvəlcə qəhvəni dəmləmək lazımdır. Sonra südü ocağın üstünə qoyuruq və qaynadırıq, içinə qəhvə tökürük və qarışdırırıq. Hər iki şokoladı əzilmiş formada əlavə edin. Qazın dərəcəsi az olmalıdır. Şokolad əriyən kimi içkini bir dəqiqədən az qaynadıb söndürmək lazımdır.
Servis stəkanalarına tökün və zefirlə bəzəyin.