Yumurtasız   hazırlanan qaymaqlı DONDURMA:  Lent.az-ın MƏTBƏXİNDƏ
23 iyun 2022 18:33 (UTC +04:00)

Yumurtasız hazırlanan qaymaqlı DONDURMA: Lent.az-ın MƏTBƏXİNDƏ

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.

Bu dəfə sizə sosial şəbəkələrdə “MyFoodChannel” adı ilə tanınan səhifəyə istinadən isti havaların əvəzolunmazı olan dondurma reseptini sizinlə bölüşürük. Yumurtasız hazırlanan bu qaymaqlı dondurma yay aylarında süfrələrinizin bəzəyi olacaq. 

Lazım olan ərzaqlar:

500 ml. qaymaq

300 qram qatılaşdırılmış süd

1 paket vanilin 

Zövqə görə üzərinə meyvə

Hazırlanma qaydasını videoda izləyə bilərsiniz.

Nuş olsun!
 

# 2061
avatar

Sevinc Fərid

Oxşar yazılar