Yumurta kotletlərini  necə hazırlamaq olar? – Çox dadlıdır
12 iyun 2024 12:24 (UTC +04:00)

Yumurta kotletlərini necə hazırlamaq olar? – Çox dadlıdır

Kotletin sadəcə ətdən hazırlanmadığını bilirik. Son vaxtlar əsasən yulaf əzməsindən, mərciməkdən, kartofdan və çuğundurdan hazırlanan kotletlər çox sevilir. 

Lent.az xəbər verir ki, sadalanan seçimlərdən başqa biri isə yumurta kotletidir. 

Yumurta kotletini yəqin ki, çox az adam bilir. Ancaq dadı heç də ət kotletlərindən geri qalmır. Resepti təqdim edirik: 

Lazım olan ərzaqlar: 

Beş orta ölçülü yumurta;

Standart çörəyin dörddə üç hissəsi;

Bir bişməmiş yumurta;

Beş qaşıq püre;

Bir qızardılmış soğan;

Zövqə görə, duz, ədviyyat və hər hansı əlavələr. 

Beş toyuq yumurtası tam bişənə qədər qaynadılmalı və otaq temperaturunda saxlanılmalıdır. Daha sonra yumurtaların qabıqlarını soyun. Sarılarını ayırın və bıçaqla doğrayın.

Çörəyin içi suda isladılır və sarısına əlavə edilir. Üzərinə isə qızardılmış soğanı əlavə edirik.  Sonra doğranmış yumurtanın ağı, kartof püresi, çiy yumurta, ədviyyatlar və duz tökün. Yaxşıca qarışdırın və kotletlər düzəldin. Əvvəlcədən isinmiş tavada qızardın. Budur, yumurta kotletləri hazırdır. Nəticədən çox razı qalacaqsınız. Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3396
avatar

Sevinc Fərid

Oxşar yazılar