Yay üçün  əla şorba resepti   – Sobaya ehtiyac yoxdur
15 iyun 2024 18:59 (UTC +04:00)

Yay üçün əla şorba resepti – Sobaya ehtiyac yoxdur

Havalar isindikcə isti yeməklərdən qaçılır. Çünki sobanın yanında dayanmağı heç kəs istəmir. Bəs, şorba sevənlər nə etməlidir? 

Xoşbəxtlikdən vəziyyətdən çıxış yolu var. Siz çox dadlı və sağlam soyuq şorba hazırlaya bilərsiniz. 

Lent.az bu yay şorbasının reseptini təqdim edir: 

Aşağıdakı tərəvəzləri doğramaq lazımdır:

xiyar (3 ədəd);

turp (6 ədəd);

yaşıl soğan (1 dəstə);

Zövqə görə, bir az şüyüd doğramaq da olar. 

Bütün bu qidalar dərin bir qaba tökülür və üzərinə 400 ml. kefirlə əlavə edilir. Şorbanın qatılığını kefirin miqdarı ilə tənzimləmək olar. Sonda zövqə görə duz və istiot əlavə edilir. Budur, şorbanız hazırdır. Bu dadlı yay şorbasını hər kəs çox sevəcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5841
avatar

Sevinc Fərid

Oxşar yazılar