Hər kəs qışa xırtıldayan və bərk xiyar turşusu bağlamaq istəyir.
Lent.az xəbər verir ki, bəzi səhvlərə görə istənilən nəticə əldə oluna bilmir. Bəs, bunlar hansı səhvlərdir?
Məhsul yığımı
Evdə xiyar turşusu hazırlayanlar məhsulun yığım qaydasına fikir verməlidir. Xiyarları sərin havalarda yığın və bərk olduqlarına diqqət edin. İsti havada qəti məhsul yığmağa çalışmayın.
Yuma
Xiyarların mükəmməl təmiz olmasını xatırlatmaq vacibdir. Onun üzərində kir və ya torpaq qalsa, xiyar yumşaq olacaq. Həm də bu səbəbdən bankalar “partlaya” bilər.
Texnika
Bəzən turşunu reseptsiz edirik. Bu zaman kifayət qədər duz və ya sirkə əlavə etdiyimizdən əmin olmuruq. Və ya sadəcə olaraq dəfnə yarpaqları və digər maddələri tökməyi unuduruq. Buna görə də xiyarları reseptə uyğun bağlamaq məsləhətdir.