"Xırçıldayan toyuq" ev şəraitində necə hazırlanır? – LENT.az-ın  MƏTBƏXİ
30 mart 2021 19:36 (UTC +04:00)

"Xırçıldayan toyuq" ev şəraitində necə hazırlanır? – LENT.az-ın MƏTBƏXİ

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.

Bu dəfə sosial şəbəkədə fərqli və dadlı reseptləri ilə məşhur olan Elmira Qədirovanın məsləhəti ilə "xırçıldayan toyuğ"un hazırlanma üsulunu təqdim edirik. 

Uşaqların və böyüklərin sevimli menyusuna daxil olan xırçıldayan toyuğun hazırlanması üçün aşağıdakı ərzaqlar lazımdır:

Ərzaqlar:

Toyuq hissələri bud, qanad və ya toyuğun dözş əti (hər biri 500 qram) 

1 litr su 

4 xörək qaşığı duz 

1 xörək qaşığı şəkər 

2 xörək qaşığı alma sirkəsi 

3 stəkan un 

1 stəkan qarğıdalı nişastası

2 xörək qaşığı qırmızı istiot  

1 çay qaşığı qara istiot 

2 xörək qaşığı sarımsaq tozu 

4 yumurta 

1 paket qabartma tozu

1 stəkan soyuq su 

1 litr duru yağ 

Hazırlanma qaydası:

Bir qabın içinə suyu tökün, ora duz, şəkər, sirkə əlavə edib qarışdırın. Toyuğun tikələrini həmin suyun içinə əlavə edib, 4 saat saxlamaq lazımdır. Sonra tikələr aşsüzənə boşaldılır. Daha sonra toyuğun quru olması üçün  tikələr salfetin üzərinə qoyulur və yaxşıca qurulamaq lazımdır. 

Bir qabın içinə un, qarğıdalı nişastası, toz sarımsaq, duz, istiot əlavə edib qarışdırılır və bu qarışımı iki hissəyə bölüb, hissənin birinə yumurta, qabartma və su əlavə edib qarışdırmaq lazımdır. Daha sonra toyuğun tikələrini yumurtalı qarışıma batırıb yumurtalı qarışıma və  una batırıb (kənardakı quru hissəyə) bol yağda qızartmaq lazımdır. 

Qazanın altı gur xodda olmalıdır. Yağı çox yaxşı isidib və  tikələrin ətrafındakı kütlə həddindən çox böyük olmamasına diqqət etmək lazımdır. Əks halda toyuğun tikələri çiy qala bilər.

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5234

Oxşar yazılar

İnanılmaz şokoladlı keks RESEPTİ

İnanılmaz şokoladlı keks RESEPTİ

20 may 2025 , 17:58
Faydalı limonlu-çiyələkli  dondurma - RESEPT

Faydalı limonlu-çiyələkli dondurma - RESEPT

19 may 2025 , 18:13
"Duzdan artıq istifadə qan təzyiqini artırır"  - Dietoloq

"Duzdan artıq istifadə qan təzyiqini artırır" - Dietoloq

19 may 2025 , 11:52
Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

17 may 2025 , 15:58
Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi -  RESEPT

Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi - RESEPT

14 may 2025 , 14:52
Ən dadlı balqabaq çörəyinin  sirri: RESEPT

Ən dadlı balqabaq çörəyinin sirri: RESEPT

13 may 2025 , 15:10
Sezar salatının  büdcəyə uyğun RESEPTİ

Sezar salatının büdcəyə uyğun RESEPTİ

12 may 2025 , 13:57
Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

9 may 2025 , 19:45