Şorbanın düzgün qatılığını   necə əldə etmək olar?
22 noyabr 2023 20:34 (UTC +04:00)

Şorbanın düzgün qatılığını necə əldə etmək olar?

Soyuq mövsümdə hər birimiz müxtəlif şorba növlərini bişirməyə üstünlük verir. Çünki bu yemək qış və payız üçün idealdır. Ancaq bəzən şorbanın çox duru halda olduğunu görürük və bu bizi narahat edir.

Lent.az xəbər verir ki, buna görə şorbanın qalın və doyurucu olmasına kömək edəcək üsullara diqqət yetirməyə dəyər.

Bunun üçün hansı qidalar yaxşı seçim olar?

Qırmızı və ya sarı mərcimək

Paxlalı bitkilərin digər növləri daha uzun bişirmə tələb edir, lakin sarı və qırmızı mərciməklər 15-20 dəqiqə qaynayaraq bişir. Şorba yalnız daha doyurucu və dadlı deyil, həm də inanılmaz dərəcədə sağlam olacaqdır.

Quinoa

Çoxları bu qida haqqında eşidib. Ancaq hər kəs yüksək qiymətə görə mətbəxdə fəal şəkildə istifadə etmir. Qiymətin sizi narahat etməsinə imkan verməyin. Çünki bu inanılmaz dərəcədə qiymətli sağlıqlı məhsuludur. Bundan əlavə, quinoa olduqca tez, sözün əsl mənasında 15 dəqiqə ərzində bişə bilir.

Kartof

Əksər hallarda şorbalara kartof əlavə edirik. Ancaq yeməyin qalınlaşmasına imkan verəcək başqa bir hiylə var. Belə ki, kartof tam bişənə qədər qaynadılmalıdır. Daha sonra yumşaq bir şəkildə yoğurun və şorbaya əlavə edin.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7926
avatar

Sevinc Fərid

Oxşar yazılar