Qayğanağı daha dadlı edəcək  məhsul açıqlandı
12 noyabr 2024 11:47 (UTC +04:00)

Qayğanağı daha dadlı edəcək məhsul açıqlandı

Pişmiş yumurta ən klassik və məşhur səhər yeməklərindən biridir. Məşhur amerikalı aşpaz və yazıçı Alton Braun yüzlərlə müxtəlif resepti hazırlanan yumurtanın bişmişini daha da qaymaqlı etmək üçün öz sirrini bölüşüb.

Lent.az-ın məlumatına görə, Braun bunun üçün sadəcə bir çay qaşığı mayonezin lazım olduğunu bildirib. Bu ipucu sayəsində səhər yeməyiniz daha dadlı olacaq.

Bu reseptlərin alındığı Braunun kitabında deyilir ki, omlet və mayonez əslində emulsiya edilmiş məhsuldur:

"Əmin olun ki, mayonezdən istifadə omletin dadına heç bir şəkildə təsir etməyəcək. İstifadə olunan mayonezin miqdarı çox azdır və mayonezin yumurtadan hazırlanması onun dadına asanlıqla qarışması deməkdir”.

Bunun üçün 1 çay qaşığı mayonezi 1 çay qaşığı su ilə qarışdırıb bişməzdən əvvəl yumurtaya əlavə edin. Beləliklə, çırpılmış yumurtalarınız daha qaymaqlı olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3405
avatar

Ləman Sərraf

Oxşar yazılar