Gürcüstan və Ermənistan arasında qatıq mübahisəsi:  Rusiyaya buraxılmadı
11 fevral 2022 18:53 (UTC +04:00)

Gürcüstan və Ermənistan arasında qatıq mübahisəsi: Rusiyaya buraxılmadı

Gürcüstan höküməti Rusiyaya aparılan Ermənistan istehsalı olan “matsuni” adlı ərzağı sərhəddən buraxmayıb. 

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, buna Gürcüstan Milli İntellektual Mülkiyyət Mərkəzi icazə verməyib. 

Onlar bunu belə izah edib ki, “matsuni” qədim gürcü yeməyidir. Hələ neçə əsrlər öncə süddən “matsuni” hazırlanıb. “Matsun” isə ermənilərin uydurduğu ərzaqdır. Bu xalqla heç bir əlaqəsi yoxdur. 

Xatırladaq ki, gürcülərin “matsuni” adlandırdığı ərzaq bizim qatıqdır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3414
avatar

Sevinc Fərid

Oxşar yazılar