Ətsiz kotletlərin  bişirilməsi – Dadlı və sağlam
15 yanvar 2024 15:58 (UTC +04:00)

Ətsiz kotletlərin bişirilməsi – Dadlı və sağlam

Əgər sağlam qidalanırsınızsa və dieta saxlayırsınızsa, yemək seçiminə diqqətlə yanaşmalısınız. Belə olan halda sevimli yeməklərinizin alternativ versiyalarından istifadə edə bilərsiniz. Belə yeməklərdən biri də kotletlərdir. Ancaq kotleti ətsiz və daha dadlı necə etmək olar? 

Lent.az ətsiz kotletin hazırlanması reseptini təqdim edir: 

Lazım olan ərzaqlar: 

300 q kəsmik;
4 yumurta;
200 q yulaf kəpəyi və ya yulaf əzməsi;
Yaşıl soğan.

Bundan əlavə, yeməyi  daha dadlı etmək üçün sevimli ədviyyatlarınızı əlavə edə bilərsiniz.  

Yaşıl soğan cəfəri və ya digər göyərtilərlə əvəz edilə bilər. Kəsmik və yulaf yaxşıca əzilməli və qarışdırılmalıdır. Daha sonra göyərti də onun üzərinə tökülməlidir.  

Alınan qarışığı yaxşıca qarışdırmaq lazımdır. Sonra ona yumurta və ədviyyatları əlavə edə bilərsiniz.

Bunları bitirdikdən sonra alınan qarışığı bir saat "dincəlməyə" qoyun. Bu müddətdən sonra kotletləri əvvəlcədən isidilmiş tavada qızartmağa davam edin.

Onları qızılı rəngə çevrilənə qədər bişirin, sonra qalan yağı çıxarmaq üçün kağız dəsmalın üzərinə qoyun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14970
avatar

Sevinc Fərid

Oxşar yazılar