Dünyanın  ən bahalı   kokteylləri – Təəccüblənəcəksiniz
27 fevral 2024 19:21 (UTC +04:00)

Dünyanın ən bahalı kokteylləri – Təəccüblənəcəksiniz

Kokteyllər istənilən barda ən populyar məhsullardan biridir. Çünki digər spirtli içkilər mağazadan alına bilər. Ancaq kokteyllər xüsusi olaraq biriləri tərəfindən hazırlanır. Buna görə də onlar bəzən baha ola bilər. 

Bəs, ən bahalı kokteyllər hansılardır? 

Lent.az dünyanın ən bahalı kokteyllərini təqdim edir: 

“Martini on The Rock” 

Burada xidmət başı 10 min dollardan başlayır. Resept, qəribə də olsa, olduqca sadədir - yüksək keyfiyyətli martini istifadə olunur. Ancaq bu içki yalnız almazla verilir. Kokteylin qiyməti qiymətli daşın keyfiyyətindən və qiymətindən asılı olaraq dəyişir.  

"Diamond Cocktail”

"Diamond Cocktail”ın dadına baxmaq istəyirsinizsə, , 4,3 min dollarınızdan keçməli olacaqsınız. 

Bu kokteyl əvvəlkindən daha mürəkkəb hazırlanır. Bununla belə, onun qiyməti daha ucuzdur. Tərkibində bahalı konyak və nadir şampan növündən istifadə olunur. Həmçinin, onun maraqlı bir dadı olduğu üçün ağıza xüsusi bir ləzzət verir.  

“Platinum Passion” 

Bu kokteylin qiyməti 1500 dollardır. Onun tərkibibdə qiymətli daşlardan istifadə olduğu üçün qiymət süni şəkildə artırılmır. Qiymət komponentlərə görə müəyyən edilir. Kokteylin hazırlanması prosesində elit konyak, bahalı şampan və orkide istifadə olunur.

“Mai Tai” 

Bu kokteyl biliciləri üçün əsl eksklüzivdir və qiymət heç kimə mane olmur. Çünki onun tərkibinə əlavə olunan bir içki var ki, ondan planetdə yalnız bir neçə şüşə qalıb. Söhbət Yamaykadan gələn xüsusi bir rom növündən gedir. Onun qiyməti 1400 dollardan başlayır. 
 

# 3042
avatar

Sevinc Fərid

Oxşar yazılar