Bu dondurma Ginnesin rekordlar kitabına düşdü:  Maşın qiymətinədir
19 may 2023 00:29 (UTC +04:00)

Bu dondurma Ginnesin rekordlar kitabına düşdü: Maşın qiymətinədir

Yapon brendi “Cellato” 873 400 yapon yeni (6 696 dollar) dəyərində nadir inqrediyentlərdən ibarət xüsusi dondurma yaratmaqla Ginnesin rekordlar kitabına düşüb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, qiyməti inqrediyentlər müəyyənləşdirir, diqqət çəkən məqam isə İtaliyanın Alba şəhərində yetişdirilən, kiloqramı 2 milyon yapon yeni (15,192 dollar) dəyərində olan nadir ağ truffledir. Digər xüsusi inqrediyentlərə Parmigiano Reggiano və sake lees daxildir.

Ən bahalı dondurmanı hazırlamaq “Cellato” şirkətinin yeganə məqsədi deyil. Mütəxəssislər Avropa və Yapon inqrediyentlərini dondurma şəklində birləşdirmək istəyiblər və bunun üçün mütəxəssisləri dəvət ediblər.

Bahalı yemək Byakuya adlanır. Bu dondurmanın qiyməti işlənmiş avtomobillə eynidir. Lakin bu dondurmanı sınayanlar əmin edirlər ki, onun zəngin dadı və unudulmaz təəssürat bəxş edən teksturası var.

Onların fikrincə, ağ trufflenin güclü ətri ağız və burnu doldurur, ardınca “Parmigiano Reggiano”nun mürəkkəb və meyvəli dadı gəlir. Dəbdəbəli yemək sake içkisi ilə başa çatır.

“Hazırlamaq üçün bizə 1,5 ildən çox vaxt lazım oldu, dadı düzgün əldə etmək üçün çoxlu sınaq və səhvlər oldu. Ginnesin rekordlar kitabına düşmək bütün səyləri doğrultdu”, - “Cellato”nun sözçüsü bildirib.
 

# 3192
avatar

Oxşar yazılar