Bu sadə bananlı-şokoladlı keks resepti sizə evdə hazırlanan desertin əsl dadını hiss etməyə imkan verəcək. O, həm iştahaçan görünüşü, həm də unudulmaz dadı ilə sizi sevindirəcək.
Lent.az xarici mediaya istinadla bananlı-şokoladlı keksin reseptini təqdim edir:
Əgər siz soyuq süd və ya kakao ilə mükəmməl uyğunlaşan yüngül və ləzzətli bir desert axtarırsınızsa, bu resept sizin üçün əsl tapıntı olacaq. Bu kekslərin ev şəraitində asanlıqla necə hazırlanacağını öyrənə bilərsiniz. Onlar yetişmiş bananların incə dadını, yüngül şirinliyi və şokoladlı çaları özündə birləşdirir.
Tərkibi:
Banan – 4 ədəd
Qəhvəyi şəkər – 70 qram
Ağ şəkər – 50 qram
Yumurta – 2 ədəd
Duz – 1 çimdik
Vanil ekstraktı – 1 çay qaşığı
Darçın – 1/2 çay qqaşığı
Soda – 1/2 çay qaşığı
Sirkə – 1 xörək qaşığı
Qoz-fındıq – 50 qram
Şokolad – 30 qram
Un – 220 qram
Kərə yağı – 50 qram
Hazırlanma qaydası:
Böyük bir qabda yetişmiş bananları çəngəl ilə əzin və bütün göstərilən inqrediyentləri qarışdırın. Yumurtalar, bir çimdik duzu, vanil ekstraktını və darçını əlavə edin. Üzərinə unu və əridilmiş kərə yağını əlavə edib, kütləni ehtiyatla qarışdırın ki, homogen konsistensiya alınsın. Keks qablarını hazırlayın. Hər bir formaya 2 xörək qaşığı xəmir tökün, ancaq tam doldurmayın.
Sobanı 180°C-yə qədər qızdırın və keksləri təxminən 25 dəqiqə bişirin. Bişmə vaxtı sobadan asılı olaraq dəyişə bilər, ona görə də hazır olub-olmadığını taxta çöp ilə yoxlayın – əgər çöp təmiz çıxırsa, kekslər hazırdır.
Asan hazırlıq, keyfiyyətli inqrediyentlər və mükəmməl balanslaşdırılmış dad bu keksləri gündəlik həyatınıza rəng qatacaq ideal bir seçimə çevirir.
Nuş olsun!