Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.
Bu dəfə sadəcə 3 məhsuldan hazırlanan və çox ləzzətli dondurma reseptini sizinlə bölüşürük.
Lazım olan məhsullar:
2,5 stəkan soyuq maye krem
400 qram qatılaşdırılmış süd
1 ədəd vanil
Hazırlanması:
Bir qaba soyuq krem əlavə edin və qatılaşana qədər çırpın. Çırpmağı dayandırmadan qatılaşdırılmış südü yavaş-yavaş əlavə edin. Sonra vanil əlavə edin və çırpmağa davam edin. Qarışığı aşağıdan yuxarıya yavaş-yavaş qaşıqla qarışdırın. Bir qaba qoyub, üzərini örtü ilə örtün. Ən az 3 saat soyuducuda saxlayın.
Nuş olsun