Xərçəng olan Əməkdar artist: "Kirayədə qalıram, əyilməmişəm"
14 dekabr 2021 18:06 (UTC +04:00)

Xərçəng olan Əməkdar artist: "Kirayədə qalıram, əyilməmişəm"

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Novruz Qartaldan xəbər var.

Lent.az-ın məlumatına görə, aktyor xəstəxanadan çıxdıqdan sonra qızının evinə yerləşdirilib. "Elgizlə izlə" verilişi N.Qartalı ziyarət edib. O, səhhəti barədə danışıb: "Uzanıram yaxşı oluram, ayağa qalxanda başım hərlənir. Pandemiyada insult keçirtdim, yemək yemədim, oturaq həyat tərzi keçirdim". 

Aktyor bildirib ki, illərdir kirayədə yaşayır: "Heç vaxt qürurumu əyməmişəm. Düşünmüşəm ki, teatrda bilirlər. Cəbhələrdə oldum, fikir vermədim. Düşündüm yaxşı olacaq. Qapı döymək, ona-buna yalvarmağı bacarmıram. İnsanlara yaxşılıq etdim, rəhmət qazandım. Hamı üçün yaşamışam. Özüm üçün utanardım nəsə edim".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4065

Oxşar yazılar