Süleyman Ələsgərovun yubileyi keçiriləcək
18 fevral 2014 15:31 (UTC +04:00)

Süleyman Ələsgərovun yubileyi keçiriləcək

Fevralın 22-də xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 90 yaşı tamam olur. Mədəniyyət və Turizm nazirliyindən Lent.az-a verilən məlumata görə, yubiley münasibəti ilə həmin gün  saat 18:45-də Heydər Əliyev Sarayında bəstəkarın yubileyi keçiriləcək.

 

 

Qeyd edək ki, S. Ələsgərov 1924-cü il fevralın 22-də Şuşada doğulub.  Konservatoriyanı bitirəndən sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri, Dövlət Radio və Televiziya Xalq Çağlı Alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru işləyib.

Bəstəkar müxtəlif musiqi janrlarında uğurlu və yaddaqalan əsərlər yaradıb.

 

Qeyd edək ki, o, 1999-cu il yanvarın 21-də 74 yaşında vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625

Oxşar yazılar