Qənirə Paşayeva somalidən gələn məktəblilərlə görüşüb
11 aprel 2013 17:59 (UTC +04:00)

Qənirə Paşayeva somalidən gələn məktəblilərlə görüşüb

Azərbaycan dilində mükəmməl şəkildə mahnılar və şeirlər ifa edən somalili Ahmet və Abdurızak millət vəkili Qənirə Paşayeva ilə görüşüblər. Lent.az-ın məlumatına görə, Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) çərçivəsində Azərbaycana gələn Somalili məktəblilər Abdurızak Muhammad Ebukar və Ahmet Abdureşit İsmayıl millət vəkili Q. Paşayeva ilə görüşü zamanı ilk dəfə olduqları Azərbaycanı çox sevdiklərini və həm deyiblər. Azərbaycanlıların onlara qarşı çox mehriban münasibətini xüsusi vurğulayıblar.

Millət vəkili təkrar Somalidə görməkdən məmnun olacaqlarını deyən somalili məktəblilər Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə təşəkkür ediblər. Millət vəkilinə sürpriz olaraq Azərbaycan dilində hazırladıqları mahnıları və şeirləri ifa edən Somalili məktəblilər Azərbaycanı heç zaman unutmayacaqlarını və gələcəkdə hər zaman Somali-Azərbaycan münasibətlərinin inkişafı üçün çalışacaqlarını deyiblər.

Somalili məktəblilər- Abdurızak Muhammad Ebukar və Ahmet Abdureşit İsmayıl öz məktəbləri adından millət vəkili Q. Paşayevaya Somali ilə bağlı xatirə hədiyyə ediblər.

# 1236
avatar

Oxşar yazılar