Tamara Sinyavskaya həyat yoldaşı Müslüm Maqomayevdən danışıb. Lent. az-ın məlumatına görə, o, Rusiyanın «Arqumentı i faktı» qəzetinə müsahibəsində ərinin ölümünə hələ də alışa bilmədiyini deyib: “Müslümü hər gecə yuxuda görürəm. Hər səhər mənə elə gəlir ki, o, yenə çay, qəhvə istəyəcək. Bu gün səhər oyananda eyni fikirlə oyandım. Vaxtı ilə mənim ailəm, evim və sevimli işim var idi. Amma indi mənim yalnız işim qalıb. Yalnız işimlə başımı qatıram. Tez-tez Bakıya gedirəm. Orda mənə “gəlin” deyirlər. Toyumuzda Heydər Əliyev mənə demişdi ki, Tamara, sən bütün Azərbaycanın gəlinisən. Çünki Müslim bütün Azərbaycanın oğludur. H. Əliyevin sözündən sonra hamı məni “gəlin” çağırmağa başladı”.

Oxşar yazılar

Şair Məmməd İsmayıl reanimasiyaya yerləşdirildi: vəziyyəti ağırdır
13 avqust 2025 , 15:40
Şəmistan Əlizamanlının yeni marşı çıxdı -VİDEO
13 avqust 2025 , 13:49"... şərtləri qəbul edərlərsə, gələrəm" - Cahangir Novruzovla MÜSAHİBƏ
11 avqust 2025 , 13:03
AYB-dən İlham Əliyevə məktub
11 avqust 2025 , 12:31
İndi gənclərimiz də elə sünidir - Xalq rəssamı Sirus Mirzəzadə ilə MÜSAHİBƏ
6 avqust 2025 , 15:14
Mən çox mehriban adamam - Mehriban Ələkbərzadə ilə MÜSAHİBƏ
4 avqust 2025 , 15:18
Keçmiş məşhur futbolçunun qızı "Aclıq oyunları" filmində baş rolda çəkiləcək
4 avqust 2025 , 14:48