Bu gün III Bakı Beynəlxalq kitab-sərgi yarmarkasının bağlanış mərasimi olub. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, Gənc Tamaşaçılar və Akademik Opera Balet Teatrının qarşısındakı açıq ərazidə təşkil edilmiş sərgi-yarmarkada 100 yerli, 40 xarici olmaqla, ümumilikdə, 25 ölkəni təmsil edən çap və poliqrafiya müəssisələri, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edib.
Sonda yarmarkanın fəal iştirakçılarına diplomlar təqdim edilib. Bağlanış mərasimində, həmçinin “Ən yaxşı kitab” və “Ən yaxşı nəşriyyat” nominasiyası üzrə seçilmiş qaliblərə də xüsusi diplomlar verilib.