Fransa ansamblı azərbaycanlı bəstəkarın əsərini ifa edib
15 aprel 2013 20:14 (UTC +04:00)

Fransa ansamblı azərbaycanlı bəstəkarın əsərini ifa edib

Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Time, real and imaginary” adlı kamera konserti keçirilib.

 

APA-nın məlumatına görə, konsert proqramında Armand Angsterin bədii rəhbərliyi ilə Fransanın “Ensemble Accroche Note” ansamblı çıxış edib.

 

Françoise Kubler (soprano), Anne-Cecile Cuniot (fleyta), Matthias Tranchant (violin), Elodie Adler (arfa) və Emmanuel Sejournedən (zərb alətləri) ibarət ansambl dünya klassiklərindən müxtəlif əsərləri və azərbaycanlı bəstəkar Elmir Mirzəyevin əsərini ifa edib. 

 

Qeyd edək ki, Bakıda keçirilən  Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı aprelin 19-dək davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 816

Oxşar yazılar